26 mart 2022 01:17
1104

Bayden Ukraynaya qoşun göndərir? - VİDEO

ABŞ Prezidenti Co Bayden amerikalı hərbçilərin Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilə biləcəyinə eyham vurub. 

Co Bayden bu barədə Polşada ABŞ-ın 82-ci hava-desant diviziyasının hərbçilərinin önündə çıxış edərkən danışıb. 

Belə ki, amerikalı hərbçilərlə Ukrayna və ukraynalılar barədə danışan Bayden bunları söyləyib: “Orada olduqda hər şeyi özünüz görəcəksiniz”. 

Baydenin bu çıxışı sosial şəbəkələrdə və həm Rusiya, həm də Ukrayna mediasında müzakirələrə və anlaşılmazlığa səbəb olub.

“Qafqazinfo”