24 mart 2022 18:33
570

FHN Lənkəranda yağıntıların fəsadlarını aradan qaldırır - VİDEO

Davam edən yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

"İki sahil"in FHN-nin saytına istinadən verdiyi məlumata görə, gün ərzində FHN-in Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən Lənkəran rayonunun Liman şəhəri və Boladi kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.