"SOCAR Türkiyə" şirkətinin törəmə müəssisələri olan STAR neft emalı zavodu və "SOCAR Petrol Ticaret" İstanbul Kimyəvi Maddə və Kimyəvi Məhsul İxracatçıları Assosiasiyasının "Stars of Export" mükafatı ilə təltif edilib.
"İki sahil" bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, "SOCAR Petrol Ticaret" Mineral yanacaq kateqoriyasında birinci, STAR neft emalı zavodu həmin kateqoriyada ikinci yeri tutub.
"SOCAR Türkiyə" qrupunun şirkətləri 2021-ci ildə COVID-19 pandmeiyası ilə əlaqədar biznes üsullarının dəyişməsinə baxmayaraq, uğurlu nəticələr əldə ediblər. STAR neft emalı zavodu və "Petkim" neft-kimya kompleksinin inteqrə olunmuş strukturu sayəsində istehsal və satışlar fasiləsiz həyata keçirilib.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib