23 mart 2022 17:55
694

FHN intensiv yağıntıların törətdiyi fəsadları aradan qaldırır

İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gün ərzində FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Xaçmaz rayonunun İstisu qəsəbəsində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.