20 mart 2022 21:23
586

Prezidentin köməkçisi: Bayram sevincini Qarabağla bir yaşamağın dadı başqadır - FOTO/VİDEO

“Doğma Azərbaycanımızın milli ənənələrini yaşadan Novruz bayramını Ağdamda qeyd etməyin qürurunu yaşayırıq”.

"İki sahil" xəbər verir ki, bunları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

“Bayram sevincini Qarabağla bir yaşamağın dadı başqadır. Novruz bayramımız mübarək olsun!”, - Emin Hüseynov əlavə edib.