16 mart 2022 10:53
734

Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılıb - VİDEO

Yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən etibarən qarölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil edilib.

 

Milli Hidrometeorologiya Xidmətindən "İki sahil"ə verilən xəbərə görə, ekspedisiyaların təşkilində məqsəd ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə aparılır.

Qarölçmə işləri Şimal-Qərb marşrutu üzrə hazırda Şəki rayonu ərazisində Şinçay və Kişçay hövzələrində, Gədəbəy rayonu Slavyanka kəndi Qızılçay hövzəsində, Şimal marşrutu üzrə Xınalıq kəndi-Qudyalçayın mənbəyində aparılır.