15 mart 2022 16:21
788

Bakıda uzunluğu 2 km-ə yaxın velosiped yolu çəkilib - VİDEO

Bakının mərkəzi hissəsini əhatə edən 7,5 km uzunluqlda velosiped yolunun 1,6 km hissəsi artıq yekunlaşıb.

Bu barədə “İki sahil”ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, hazırda velosiped yollarına iki komponentli boyal vurulur.

Paytaxtın Baş Planına əsasən, velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251,2 km təşkil edəcək.