14 mart 2022 12:27
751

Pedro Enrike het-trik etdi - VİDEO

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike hazırkı klubu "Sivasspor"da het-trik edib.

“İki sahil” xəbər verir ki, o, Türkiyə Superliqasının 29-cu turunda "Adana Demirspor"la səfər matçında (3:2) komandasının hər üç qolunun müəllifi olub. Braziliyalı oyunçu 28, 54, 90+2-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, P.Enrike 2017/18 mövsümündə icarə qaydasında Ağdam klubunda çıxış edib.