13 mart 2022 14:27
859

Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında növbəti videoicmal hazırlayıb.

Videoicmalda ötən həftə ərzində həyata keçirilmiş bir sıra tədbirlər, o cümlədən işğaldan azad edilmiş ərazilərdə mühəndis təminatı, təlim-metodiki məşğələlər, ali hərbi məktəbdə elmi konfrans, hərbi attaşelərin elmi istehsalat müəssisəsində olmaları, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüşlər, 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirlərlə bağlı görüntülər yer alıb.

"İki sahil" nazirliyin mətbuat xidmətinə istinadla həmin videoçarxı təqdim edir: