07 mart 2022 19:25
1010

Ordumuzun Xocalının Pirlər yaşayış məntəqəsini atəşə tutması yalandır

Azərbaycan Ordusunun bölmələrinin Xocalı rayonunun Pirlər yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Ordumuzun bölmələrinin fəaliyyəti barədə bu kimi təxribatların yayılmasının heç bir real əsası yoxdur”, - qeyd olunub.