28 fevral 2022 20:27
950

Döyüşdən imtina edib Rusiyaya qayıdan hərbçilərin videosu yayıldı VİDEO

Ukraynanın Sumı rayonunun Pidlipne kəndində rus hərbçiləri texnikasını ataraq Rusiyaya piyada yola düşüblər.

“İki sahil” xəbər verir ki,  bu barədə UNİAN video yayıb.

Görüntüdə 9 işğalçının əşyaları ilə ağır texnikanı necə tərk edərək Rusiyaya qayıtması əks olunub.

Yerli sakinlər rus hərbçilərinin texnikalarının ətrafını minalayıb-minalamadıqlarını soruşublar. Hərbçilər isə minalamadıqlarını bildiriblər. Kənd sakinləri rus hərbçilərinin qərarını dəstəkləyib və onların evlərinə sağ-salamat qayıtmasını arzulayıblar.