Ukrayna hərbçiləri Xarkovda müharibəyə deyil, təlimlərə getdiklərini düşünən daha bir neçə rus işğalçısını əsir götürüblər.
“İki sahil” UNİAN-a istinadən xəbər verir ki, əsirlərdən biri deyib: "Təlimlərə getdik, amma bizi bir az aldatdılar. İndi mən buradayam”.
Daha bir rus hərbçisi silahdaşının sözlərini təsdiqləyərək, komandanlıqla döyüşə göndərildiklərini, lakin özlərinin bundan xəbərsiz olduqlarını qeyd edib.
"Əvvəlcə deyirdilər ki, təlimlərə gəliblər. Nəticədə bizi cəbhəyə atanda heç kim müharibəyə getmək istəmir. Amma bizə deyirdilər ki, xalq düşməni olacağıq. Müharibə vaxtı olduğu üçün , onlar ümumiyyətlə dedilər ki, bizi güllələyə bilər”.