Ukrayna Müdafiə Nazirliyi Kiyevin şimalında, Obolon rayonu ərazisində döyüşlərin getdiyini açıqlayıb.
“İki sahil” nazirliyin “Facebook” səhifəsinə istinadla xəbər verir ki, şəhərə Rusiyanın kəşfiyyat-diversiya qruplarının daxil olduğu açıqlanıb.
Nazirlik əhalidən evdən çıxmamağı xahiş edib.