21 fevral 2022 15:41
1374

Müdafiə Nazirliyinin sabiq idarə rəisinin barəsində həbs qətimkan tədbiri seçilib YENİLƏNİB

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərar Bakı Hərbi Məhkəməsində elan edilib.

Belə ki, məhkəmə keçmiş idarə rəisinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

***

Baş Prokurorluq Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlunun saxlanılması xəbərini təsdiqləyib.

“İki sahil” xəbər verir ki,  Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Məlikməmməd Qurbanov 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.

***

Müdafiə Nazirliyinin idarə rəisi saxlanılıb.

“İki sahil” xəbər verir ki,  nazirliyin Satınalmalar və Təchizat İdarəsinin rəisi polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

İdarə rəisi M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Bununla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb və o məsuliyyətinə cəlb edilib.