19 fevral 2022 09:20
768

MN: Azərbaycan hərbçiləri ermənilərə atəş açmayıb

Müdafiə Nazirliyi Azərbaycan hərbi qulluqçularının erməniləri guya atəşə tutması barədə yaydığı məlumatı təkzib edib.

Nazirlikdən "İki sahil"ə daxil olan məlumatda qeyd edilir ki, erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.