16 fevral 2022 12:04
635

Zelenski xalqa müraciət etdi: "Biz öz evimizi birgə qoruya bilərik"

Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalıları Birlik Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki,   Zelenski bununla bağlı öz rəsmi instaqram hesabında videomüraciət paylaşıb.

O bildirib ki, bütün ukraynalılar fərqli olsa da, onları vahid arzu – yaşamaq, sülh içində yaşamaq, xoşbəxt yaşamaq birləşdirir: “Və bütün bunlara bizim tam haqqımız var, çünki biz evdəyik, biz Ukraynadayıq. Və heç kim bizim evimizi biz sevdiyimiz kimi sevməyəcək. Biz öz evimizi birgə qoruya bilərik. Birlik gününüz mübarək, mavi-sarılar”.

Xatırladaq ki, V. Zelenski fevralın 16-sının Ukraynada Birlik Günü kimi təyin edilməsi haqqında fərman imzalayıb.