14 fevral 2022 17:38
1113

Putin yenə də qəbulda uzun masadan istifadə etdi FOTO

Rusiya Prezidenti Vladimir Putin bu gün ölkənin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunu qəbul edib.

“İki sahil” “RİA Novosti”yə istinadla xəbər verir ki, görüşdə bir məqam diqqət çəkib.

Belə ki, Putin və nazirlərin görüşü zamanı növbəti dəfə uzun ölçülü masadan istifadə olunub.

Xatırladaq ki, fevralın 7-si Vladimir Putinin Moskvada fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı da uzun masadan istifadə olunub. Buna səbəb olaraq isə Makronun Rusiyada PCR-test verməkdən imtina etməsi olub.