12 fevral 2022 12:37
833

Tehran 30 mağaza yanıb

Tehranda bazarda güclü yanğın olub.

“İki sahil” "Əl-Ərəbiyyə" agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

İranın Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Calal Məlikinin sözlərinə görə, yanğın nəticəsində minimum 30 mağaza yanıb: “Yanğın nəticəsində xəsarət alanlar barədə hələlik hər hansı məlumat yoxdur”.

Qeyd edək ki, baş verən yanğın hələlik tam şəkildə söndürülməyib. Yanğın nəticəsində bir neçə partlayış da baş verib.