11 fevral 2022 12:23
708

Yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır - Müdafiə Nazirliyi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandı.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

"Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır".