11 fevral 2022 10:58
530

OPEC bu il üçün qeyri-OPEC ölkələrində karbohidrogenlərin hasilat proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

"İki sahil"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə sözügedən göstəricinin 66,61 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (öncəki proqnoz – 66,66 mln. barel).

Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63 mln. barel səviyyəsində olub, bu da öncə proqnozlaşdırılan göstəricidən 0,65 mln. barel azdır.

Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,98 mln. barel təşkil edib.