09 fevral 2022 22:35
712

Qarabağda ermənilərin “Mersedes”i sülhməramlıların “BTR”ilə toqquşub - FOTO

Xankəndidən Şuşaya çıxan yolda Rusiyanın zirehli transportyoru ermənilərin idarə etdiyi “Mercedes”ə çırpılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. İlkin məlumata görə, bir nəfər ölüb, bir nəfər yaralanıb.

Həmçinin, sülhməramlıların həmin ərazidə yolu bağladığı bildirilib.