09 fevral 2022 14:00
652

Saakaşvili məhkəmə zalında Ukraynanın dövlət himnini ifa edib VİDEO

Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin məhkəmə prosesi keçirilir. Proses 8,8 milyon laridən (təxminən 3 milyon dollar) çox dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi işi ilə bağlıdır.

“İki sahil” “TASS”a istinadla xəbər verir ki, Saakaşvili məhkəmə zalında Ukraynanın dövlət himnini ifa edib.

O, çıxışına başladıqda bütün ittihamları əsassız adlandırıb, prokurorları və məhkəməni korrupsiyada ittiham edib. Bu, zalda ajiotaja səbəb olub və sözlü mübahisə yaranıb. Bunun ardınca vəkillər Saakaşviliyə Ukrayna bayrağını veriblər və telefonda Ukrayna himnini səsləndiriblər. Saakaşvili isə himni oxumağa başlayıb.