07 fevral 2022 13:05
578

Avropada təbii qaz yeddi faizdən çox ucuzlaşıb

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 900 dollaradək azalıb.

“İki sahil” xəbər verir ki,  Niderlandın TTF habında təbii qazın mart fyuçersləri 901,7 dollar ətrafında alınıb-satılır.

Qeyd olunur ki, qiymətlər ötən günlə müqayisədə 7,7 faiz ucuzlaşıb.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də təbii qazın qiyməti tarixdə ilk dəfə min kubmetr üçün 2 min dollar həddini keçmişdi.