01 fevral 2022 15:37
922

Azərbaycan nümayəndə heyəti Anıtqəbri ziyarət edib FOTO

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbiri ziyarət edib.

“İki sahil” xəbər verir ki,  Azərbaycanın  Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb. Səfər fevralın 2-dək davam edəcək.