01 fevral 2022 15:25
1503

Kəlbəcərdə şəhid olan zabitimiz Şirvan şəhərində dəfn olunub

Kəlbəcər rayonunun Alagöllər sahəsində xidməti vəzifələrini yerinə yetirərkən hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşərək şəhid olan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu bu gün anadan olduğu Şirvan şəhərində, Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

“İki sahil” xəbər verir ki,  şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin və Quru Qoşunların generalları, digər yüksək rütbəli zabitlər, ailə üzvləri və yxınları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri və xidmət yoldaşları iştirak ediblər. 

Şəhidimiz Fəxri Qarovulun müşayəti ilə dəfn olunub.