01 fevral 2022 15:35
812

AMB-nin rəsmi valyuta ehtiyatları 11%-dən çox artıb

2022-ci ilin yanvarın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 7 072,7 mln. ABŞ dolları təşkil edib.

"İki sahil"in AMB-nin hesabatına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ay ilə müqayisədə demək olar ki dəyişməyib, illik müqayisədə isə 11,1% artıb.