30 yanvar 2022 15:14
1363

Müdafiə Nazirliyi əlillik dərəcəsinin verilməsi ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi əlillik dərəcəsinin verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata cavab verib.

“İki sahil” xəbər verir ki, Nazirlikdən bildirilib ki, əlillik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil.

"Sosial şəbəkələrdə yayılan vətəndaş müraciətinə cavab olaraq bildiririk ki, əlillik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil. Bu kimi məsələlərin həlli ilə bağlı müvafiq dövlət qürumlarına müraciət edilməsini tövsiyə edirik".