26 yanvar 2022 14:21
1073

Zakir Həsənov Azərbaycanın İrandakı səfirliyində olub FOTO

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyini ziyarət edib.

“İki sahil” xəbər verir ki, general-polkovnik Z.Həsənov səfirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.