Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını dəyişib.
“İki sahil” İTV-yə istinadla xəbər verir ki, festivalın ikinci turunda iştirak edəcək komandaların siyahısı KVN-in rəsmi saytında dərc olunub.
“Siyahıda Azərbaycan komandasının adı “Buta” olaraq qeyd edilib. Komanda adını dəyişmək qərarına gəlib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, komandanın rəhbəri ssenarist və prodüser Müşviq Abbasovla əlaqə saxlanılsa da, zəngə cavab verilməyib.
Vurğulanıb ki, məsələ barədə sabah ictimaiyyətə açıqlama verilməsi planlaşdırılır.
BDU və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi arasında anlaşma memorandumu imzalanıb
Qida sahəsində fəaliyyət göstərən subyekt və obyektlərin qeydiyyat mərhələləri tam elektronlaşdırılıb