İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında keçirilən görüş başa çatıb.
"RİA Novosti" xəbər verir ki, görüş 1,5 saat davam edib.
***
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.
“İki sahil” “RİA Novosti”yə istinadla xəbər verir ki, danışıqlar İsveçrənin Cenevrə şəhərində keçirilir.
Tərəflər təhlükəsizliyin təminatı məsələlərini müzakirə edəcəklər. Görüşdən sonra isə ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.