13 yanvar 2022 23:33
1189

Bağçada tərbiyəçidən körpəyə qarşı vəhşilik: Araşdırma aparılır

Uşaq bağçasında azyaşlıya qarşı şiddəti əks etdirən görüntülərlə bağlı araşdırma başlanılıb

Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə videogörüntülər yayılıb.

“İki sahil” xəbər verir ki,  Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda yayılan görüntülərin nə vaxt və hansı bağçada baş verməsi ilə bağlı araşdırma aparılır.

"Araşdırmanın nəticəsi barədə məlumat veriləcək", deyə qurum rəsmisi bildirib.