12 yanvar 2022 15:50
1020

Allaha üsyan edirəm ki, məni öldür VİDEO

Ötən il fevralın 22-də vəfat edən stilist Balaşın atası Aydın Əliyev onunla bağlı xatirələrini bölüşüb.

“İki sahil” xəbər verir ki,  “O üz” proqramına müsahibə verən ata övlad itkisini çox ağır olduğunu deyib:

“Canımdan can getdi. Mənim üçün çox ağırdır. Allaha üsyan edirəm ki, məni öldür, oğlumun ilinə yanında olum. Ata övladını böyüdəndə dəfələrlə boynuna, çiyninə alır, qucağında atıb-tutur. Ancaq oğul atasını bir dəfə çiyninə qoyur, qəbir evinə aparır. O, mənə qismət olmadı”.

Qeyd edək ki, mərhum Balaş müğənni Xatun Əliyevanın qardaşıdır. Evli idi, iki övladı yadigar qalıb.