11 yanvar 2022 20:19
1123

Vəziyyət gərginləşib, qarşı tərəfin susdurulması məqsədilə cavab tədbirləri həyata keçirilir - Müdafiə Nazirliyi

Heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə edilməyib

Müdafiə Nazirliyi məlumat yayıb.

“İki sahil” xəbər verir ki,  məlumatda bildirilir: Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.