11 yanvar 2022 13:13
751

Müdafiə Nazirliyi partlayışla bağlı məlumat yaydı

Müdafiə Nazirliyi partlayışla bağlı məlumat yayıb.

“İki sahil” xəbər verir ki,  məlumatda bildirilib: Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur.