KTMT-nin onlayn iclası zamanı Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adını xatırlaya bilməyib.
“İki sahil” Rusiya mediasına istinadla xəbər verir ki, Putin Tokayev Kasım-Jomart Kemeleviçin əvəzinə “Kemel Jomartoviç” deyib. Tokayev isə susaraq adı ilə bağlı səhvə reaksiya verməyib.
Qeyd edək ki, bu, Putinin Tokayevin adını unutması ilə bağlı ilk hadisə deyil. 2019-cu ildə Qazaxıstanda prezident dəyişikliyindən danışarkən Nazarbayevin tam adını söyləsə də, Tokayevi sadəcə “yeni prezident” adlandırıb.
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır
Kallas: Aİ Rusiya səfirini çağıracaq və bu ölkənin hərbi-sənaye kompleksinə qarşı yeni sanksiyalar təklif edəcək