10 yanvar 2022 15:15
829

Müdafiə Nazirliyi məlumat yaydı: "Ermənilərin yaydığı məlumat yalandır"

Müdafiə Nazirliyi məlumat yayıb.

“İki sahil” xəbər verir ki,  məlumatda bildirilir: Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb. 

Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.