06 yanvar 2022 12:38
741

AAYDA Yasamalda yeni avtomobil yolu inşa edib VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Yasamal rayonunun “Qanlı göl” adlanan hissəsinin qərbindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinə qədər yeni yol inşa edib.

Bu barədə "İki sahil"ə AAYDA-dan bildirilib.

Məlumata görə, MİDA-nın sifarişi əsasında inşa olunan 2 hərəkət zolaqlı yeni yolun uzunluğu 1 250 metr, eni isə 9 metr təşkil edir.