31 dekabr 2021 20:32
1339

Azərbaycan hərbçilərinin növbəti qrupu Türkiyədə komando kursunu bitirib

Türkiyədə Azərbaycan hərbçilərinin növbəti qrupu komando kursunu bitirib.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

İspartanın Eğirdir qəsəbəsindəki Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında komando kursunu bitirən 360 Azərbaycan hərbçisinin buraxılış mərasimi keçirilib.