Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələri ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hərbi qulluqçuların sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə maraqlanan nazir müavini Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.
General-leytenant N.Osmanov xidmətin daha yaxşı təşkili, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə çatdırıb.
Sonda hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.