Fransanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, diplomatik nümayəndəlik bayram münasibətilə tviterdə videoçarx paylaşıb.
Videoda səfirliyin əməkdaşları, həmçinin səfir Zakaria Qross çıxış edib, təbriklərini çatdırıblar.
“Əziz dostlar, sizə dinc və xoşbəxt 2022-ci il arzu edirəm. Fransa regionda sülh və rifahın qurulmasında sizin yanınızda olacaq”, - diplomat bildirib.
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb