Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib.
FHN-dən "İki sahil"ə verilən məlumata görə, təlim dekabrın 27-29-da Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim poliqonunda baş tutub. Təlimdə nazirliyin Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti iştirak edib.