29 dekabr 2021 17:03
1092

Vətəndaş müraciətlərinin təxminən 70%-i tam və ya qismən icra edilib

Bu il ərzində Müdafiə Nazirliyinə ümumilikdə 50.000-dən (əlli min) artıq vətəndaş müraciəti daxil olub.

“İki sahil” xəbər verir ki,  bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, onlardan 16.000-ə qədəri Müdafiə Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” vasitəsilə qəbul edilib.

"Vətəndaş müraciətlərinin təxminən 70%-i tam və ya qismən icra edilib, 20%-dək müraciətlər müvafiq izahat verilməklə cavablandırılıb, qalanları isə aidiyyəti üzrə yönləndirilərək icraata alınıb,"-A. Eyvazov bildirib