28 dekabr 2021 14:08
1255

Şoyqu Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən danışıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən danışıb.

“İki sahil” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə o Rusiyanın hərbi idarəsində keçirilən müşavirədə bəhs edib:

“Qarabağa həyat tədricən qayıdır. İndi orada sülh və əmin-amanlıq hökm sürür”.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirməyə nail olub: "Planlı işlərin görülməsi üçün növbəti addımlar atılır”.