Müdafiə Nazirliyi məlumat yayıb.
“İki sahil” xəbər verir ki, məlumatda qeyd edilir: "Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir."