“İkinci Qarabağ müharibəsi zamanı bizim müəssisələrimiz fasiləsiz rejimə keçib”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov deyib.
O bildirib ki, ötən illər ərzində təchiz edilmiş məhsulların istismarda istifadəsi ilə bağlı fəaliyyət göstəriblər: “Həmçinin cəbhə bölgəsində zədə almış texnikaları dərhal müəssisələrimizdə bərpa edib yenə də cəbhəyə təchiz edirdik: MSN-in tabeli müəssisələrində istehsal olunan heç bir məmulatın keyfiyyətinə irad bildirilməyib”.