17 dekabr 2021 14:45
997

Sifarişlər Nazirlər Kabinetinə təqdim ediləcək

“2019-cu ilin ikinci yarısından başlayaraq yeni struktur layihələri formalaşıb”.

“İki sahil” xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov deyib.

O bildirib ki, tabeli müəssisələrin profilləri, istehsalat gücləri yenidən təhlil edilib: “Ötən illər ərzində görülən işlər haqqında müəssisələrdə işlər müzakirəyə çıxarılıb. Müdafiə sənayesi sahəsində dönüş yaratmaq üçün nazirlik tərəfindən müəssisələrdə mövcud olan yeni müasir texnikaya bu gün fikir verilir. Zəruri sayılan və xarici əlaqələr yenidən bərpa edilib və yeni xarici əlaqələrə start verilib".

Nazir müavini müdafiə təyinatlı məmulatlara dair sifarişlərin formalaşdırıldığını və Nazirlər Kabinetinə təsdiq üçün təqdim ediləcəyini söyləyib.