“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi “Təmiz Şəhər” ASC-nin Şuşada çalışan əməkdaşlarının fəaliyyətini əks etdirən sənədli film hazırlayıb.
“İki sahil” xəbər verir ki, filmin qəhrəmanları Birinci Qarabağ müharibəsində şəhid olan Çingiz Cəfərovun həyat yoldaşı və oğludur.
Hazırda Şuşada çalışan ana Aybəniz Cəfərova və oğlu Emil Cəfərovun həyat hekayəsindən bəhs edən filmdə onların Şuşadakı fəaliyyətlərinə geniş yer verilib. Burada aşbaz işləyən ana və təmizlikçi işləyən oğlu 44 günlük Vətən müharibəsinin sonunda qazanılan qələbənin yaşatdığı sevinci və Şuşada çalışmağın qürurunu filmdə çox maraqlı şəkildə ifadə ediblər.
Rejissoru Elvin Mirzəyev olan “Yaşasın” filmi 19 dekabr saat 22:00-da Azərbaycan Televiziyasında nümayiş olunacaq.