15 dekabr 2021 16:09
862

Aquero karyerasını başa vurdu VİDEO

Argentina millisinin və “Barselona”nın futbolçusu Serxio Aquero karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki,  bu barədə futbolçu keçirdiyi mətbuat konfransında məlumat verib. 

O, səhhətində yaranan problemə görə bu addımı atdığını qeyd edib.

Qeyd edək ki, həkimlər Serxio Aqueroya aritmiya (ürəyin normal ritminin pozulması) diaqnozu qoymuşdu.