12 dekabr 2021 13:04
1155

ANAMA sədri: Ermənistanın Azərbaycana verdiyi mina xəritələri emal edilir

"Ermənistanın Azərbaycana verdiyi mina xəritələri emal və təhlil edilir".

"İki sahil" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

"Keçən ilin noyabrından bu günə qədər 20 min hektara yaxın ərazi təmizlənib. Ən çox çirkləndirilən mina sahələri Füzuli, Ağdam rayonları və Tərtərin işğaldan azad olunan kəndləridir", - o vurğulayıb.