10 dekabr 2021 12:20
943

Hakim "Qarabağ"ın oyununda böyük səhv edib VİDEO

Rumıniya mətbuatı "Qarabağ"ın İsveçrədə "Bazel"ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda üzləşdiyi hakim ədalətsizliyindən yazıb.

“İki sahil” xəbər verir ki, "Sport.ro" saytı 2-ci dəqiqədə Azərbaycan təmsilçisinin legioneri Abdullah Zubirin sayılmayan qolunu böyük səhv adlandırıb.

2015/2016 mövsümündə Rumıniyanın "Petrolul" klubunda çıxış etmiş 30 yaşlı yarımmüdafiəçinin təxminən 8 metrdən vurduğu zərbəsindən sonra topun açıq şəkildə qapı xəttini keçdiyi vurğulanıb: "Təkrardan sonra qolun təsdiqlənməli olduğu görünür. Konfrans Liqasında VAR (video-təkrar) sistemi və "goal line" texnologiyası olmadığı üçün referi həmin anı nəzərdə keçirə bilməyib və "Qarabağ"ın qolunun önəmi qalmayıb".

Qeyd edək ki, qarşılaşma "Bazel"in 3:0 hesablı qələbəsi ilə bitib.